Bakıda güclü yanğın - FOTO

17 Aprel 2021 18:46

Bakıda yanğın olub.

Xətai rayonu, Zığ şossesi yaxınlığında açıq ərazidə təxminən 60 m² sahədə çəlləklər və taxta tullantıları yanıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Nazirliyin mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, qısa zamanda yanğın söndürülərək alovun geniş əraziyə yayılmasının qarşısı alınıb.

Milli.Az