Frank Riberi Türkiyə Super Liqasına qayıdır

17 Aprel 2021 17:49

Super Liqa təmsilçisi "Fatih Karagümrük" dünyaca məşhur futbolçunu transfer etmək istəyir.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, hazırda "Fiorentina"da çıxış edən Frank Riberi Türkiyə klubunun hədəfindədir. "Karagümrük" rəhbərliyi mövsümün sonu müqaviləsinin müddəti başa çatan 38 yaşlı futbolçunun menecerinə təklif göndərib. Razılıq əldə edilərsə, fransalı ulduz Türkiyə Superliqasına dönə bilər.

Qeyd edək ki, Frank Riberi 2005-ci ildə "Qalatasaray"da çıxış edib.

Milli.Az