DÇ-2022 ilə bağlı yeni qərar

17 Aprel 2021 17:16

Qətərdə keçiriləcək DÇ-2022-nin matçlarına gələcək hər kəsin peyvənd olunmasını planlaşdırılır.

Mili.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Qətərin xarici işlər naziri Məhəmməd ben Abderrahmani Əl-Tani danışıb. O, bildirib:

"Bütün peyvənd istehsalçıları ilə Dünya kubokuna gələn hər kəsin vaksinasiyadan keçəcəyinə necə əmin ola biləcəyimiz barədə danışıqlar aparırıq və müzakirə edirik. İndi DÇ-2022-nin bütün iştirakçılarını peyvənd etmək üçün proqramlar hazırlanır. Ümid edirəm ki, koronavirussuz bir çempionata ev sahibliyi edə biləcəyik. Pandemiyanın dünya miqyasında azaldılmasını və sona çatmasını səbirsizliklə gözləyirik".

Qeyd edək ki, UEFA da Avro-2020-də iştirak edəcək şəxslərin peyvənd olunması üçün proqram üzərində işləyir.

Milli.Az