Ermənilər Qarabağın hər bir kvadratmetrini saxtalaşdırmaq istəyib - Alban-Udi icmasının rəhbəri - VİDEO

17 Aprel 2021 13:38

Ermənilər 30 ildir işğal altında saxladığı Qarabağın hər bir kvadratmetrini saxtalaşdırmaq istəyib.

Bunu Trend-in Qarabağ bürosuna açıqlamasında Xocavənd rayonun Tuğ kəndində səfərdə olan Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili deyib. Onun sözlərinə görə, ötən illər ərazində düşmən bu ərazilərə xeli sayda ziyan vurub, dini abidələri özününkiləşdirməyə cəhd göstərib:

"Ermənilər 30 il ərazində bizim torpaqlarda özləri üçün bir tarix qurmaq istəyiblər. Mən istərdim ki, hər bir Azərbaycan vətəndaşı gəlib burada olanları, erməni vəhşiliyini öz gözləri ilə görsün. Bizim artıq azad olunmuş ərazilərə növbəti səfərimizdir və hər gəlişmizdə biz yeni nələrisə kəşf edirik, görürük".

Milli.Az