BMT Qarabağın minalardan təmizlənməsi ilə bağlı Rusiyanın təklifini cavablandırmayıb - Şoyqu

17 Aprel 2021 12:57

BMT Qarabağın minalardan təmizlənməsi ilə bağlı Rusiyanın təklifini cavablandırmayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu "Zvezda" telekanalına müsahibəsində deyib.

O bildirib ki, noyabrda münaqişə başa çatandan sonra təşkilata müraciət olunub:

"Biz BMT-nin mina əleyhinə mərkəzinə müraciət etdik. O ərazilər tamamilə minalanıb. İnsanlar oraya qayıda bilmir. İndiyə qədər kimsə gəlib? Hələ ki, heç kim".

Nazir vurğulayıb ki, hələlik bölgədə rusiyalı istehkamçılar işləyir.

Milli.Az