Alban-Udi xristian dini icmasının üzvləri Tuğdakı qədim alban məbədində - VİDEO - FOTO

17 Aprel 2021 12:51

Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin varisi olan Alban-Udi xristian dini icmasının işğaldan azad edilən Xocavənd rayonunun Tuğ kəndinə səfər edib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, səfər çərçivəsində dini icma üzvləri Tuğdakı qədim alban məbədini ziyarət edib.

Dini icma alban məbədində Pasxa bayramı münasibəti ilə ilk dəfə dini ayinlər icra edir.

Milli.Az