Rusiyada koronavirusdan ölənlərin sayı 105 mini ötüb

17 Aprel 2021 15:49

Rusiyada son sutka ərzində daha 9 321 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkədə COVID-19-a yoluxanların sayı 4 693 469 nəfərə çatıb.

Son sutka ərzində 398 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə Rusiyada koronavirusdan ölənlərin sayı 105 193 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

Milli.Az