Eks "Şeron"çunun bu sözləri qalmaqal yaradacaq

17 Aprel 2021 14:27

"Yeni ulduz"dan sonra solo fəaliyyət göstərdim. Daha uğurlu ola bilərdim, amma tənbəllik etdim. Toya üstünlük verdim. Düşündüm ki, bütün məişət problemlərimi həll edim, sonra sənətlə məşğul olum".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nicat Rəhimov "10-da görüşək" proqramında deyib. O, "Şeron" qrupundan ayrılma səbəbini açıqlayıb:

"Sonra Rüstəm Zeynallı "Şeron" qrupuna dəvət etdi. 8 il orada qaldım. Amma qrupda olanda digər simalar kölgədə qalırdı. Solistlərdən daha çox Rüstəmə sual verilirdi. Bilirdim ki, çıxan kimi hər şey ela olmayacaq. Onda da hazır deyildim. Amma həmin ərəfədə ailə qurmağı planlaşdırırdım. Qrupda olanda səfərlərə gedirsən, özün qərar verə bilmirsən.

Qrupdan getməyimə pul səbəb olmayıb. Verilən məbləğlə razılaşırdım. Son beş ildir Roza Zərgərli mənə dəstək olur. Daha çox klassik mahnılara üstünlük verirəm. Bu baxımdan "Bakı vaxtı ilə" proqramı mənə sərf edirdi". 

Milli.Az