Zəhərli ilanla görün necə mübarizə apardı - VİDEO

17 Aprel 2021 14:16

Avstraliyalı iş adamı qarışqa ilə zəhərli ilan arasında gedən mübarizəni lentə alıb.

Milli.Az dailymail-ə istinadən xəbər verir ki, video müəllifi Set Emeri nəhəng bir qarışqanın ilana necə hücum etdiyini görüb.

O, "Mən dərhal uşaqlarımı oradan uzaqlaşdırdım, çünki ilanların çoxunun təhlükəli olduğunu bilirəm və döyüşü izlədim" deyib. Video sosial şəbəkədə minlərlə baxış toplayıb. Tamaşaçılar qarışqanın böyüklüyünə və cəsarətinə heyran qalıblar. Torlu qəhvəyi ilanlar dünyanın ən zəhərlisidir. Zəhəri başgicəlləndirmə, halsızlıq, yorğunluq və qıcolma yaradır. Avstraliyada ilan sancması ölümlərinin yüzdə 60-ı bu növ ilanlardan olur.

Kamran
Milli.Az