Məşhur türkiyəli aktyorla italyan idman aparıcısının eşqi bitdi?

17 Aprel 2021 11:34

Türkiyəli məşhur aktyor Can Yaman ilə sevgi yaşayan italiyalı idman aparıcısı Diletta Leotta arasında olan münasibətin bitdiyi haqqında xəbərlər gəzir.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, türkiyəli aktyorun "İnstaqram" hesabını bağlamağı izləyiciləri çaş-baş qoyub. Digər yandan, sevgilisinin həkim dostu ilə birlikdə olması işi daha da gərginləşdirib.

Qeyd edək ki, Can Yaman ilə Diletta Leotta 4 aydır ki, birlikdədirlər.

Milli.Az