"Çocuklar duymasın"ın qəhrəmanı yeni serialda - FOTO

17 Aprel 2021 11:14

"Çocuklar duymasın" serialında Orçun obrazını canlandıran 17 yaşlı aktyor Alp Eren Xamis yeni layihədə yer alacaq.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ekran işində aktyorun anasını canlandıran aktrisa Zeyno Günenc birgə fotolarını sosial şəbəkədə paylaşaraq bu bərədə məlumat verib:

"Mənim birdənəm dünyanın bir çox ölkəsində yayımlanan xarici serialın çəkilişlərinə başlayır. Onunla qürur duyuram".

Milli.Az