Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü tura yekun vurulacaq.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutacaq.
Əvvəlcə "Keşlə" doğma meydanda "Sabah"la münasibətlərinə aydınlıq gətirəcək.
Turun qapanış matçında isə "Neftçi" "Zirə"ni qəbul edəcək.
Xatırladaq ki, ilk oyun günündə "Qarabağ" "Səbail"lə heç-heçəyə (1:1) razılaşıb, "Sumqayıt" "Qəbələ" üzərində qələbəyə sevinib - 2:0.
Azərbaycan Premyer Liqası
23-cü tur
17 aprel
18:00. "Keşlə" - "Sabah"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəhim Həsənov.
Bakı. "ASK Arena".
20:15. "Neftçi" - "Zirə"
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Vüqar Bayramov, Səbuhi Bayramov.
Bakı. "Bakcell Arena".
Milli.Az