Öykü Çelik nişanlısı ilə yolda qaldı - FOTOlar

17 Aprel 2021 10:54

Türkiyəli aktrisa Öykü Çelik ilə nişanlısı İsmayıl Berhan Türkiyənin Nişantaşı səmtində yolda qalıblar.

Milli.Az axşam.az-a istinadən xəbr verir ki,  "Trıumf" markasının 1962-ci ildə istehsal olunan klassik avtomobilini idarə edən İ.Berhan müxbirlərə "Dayananda yerindən tərpətmək olmur" açıqlamasını verib.

İki dəfə yolda qalan sevgililər maşının təmirə göndərilməsi üçün onu şəhərdəki parklama yerlərinin birindəki nəzarətçiyə təhvil veriblər.

Daha sonra cütlük taksi ilə oradan uzaqlaşıb.

Qeyd edək ki, sevgililər artıq evlilik hazırlıqlarına başlayıblar.

Milli.Az