Koronavirusdan sağaldıqdan sonra fəsadları tam aradan qaldırmaq üçün nələr etmək lazımdır?

17 Aprel 2021 10:19

Koronavirus keçirdikdən sonra xroniki yorğunluq sindromunun müalicəsinə diqqət yetirilməlidir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Çuçalin postkovid dövründə yaranan halsızlıqla mübarizənin təsirli yollarını açıqlayarkən bildirib.

Alimin fikrincə sözügedən sindromun inkişafında neyroinflamasiya və disbiyoz mühüm rol oynayır.

Mütəxəssis postkovid dövründə halsızlıqdan qurtulmaq üçün insanların sanatoriyalara getmələrini və vanna qəbulu, massaj, müalicəvi fizioterapiya məşqləri kimi rahatladıcı-dəstəkləyici prosedurlarla özlərinə gəlmələrini tövsiyə edib.

Milli.Az