Heyvanlara yardım etmək üçün açıq-saçıq şəkillərini satır – FOTO

17 Aprel 2021 08:12

ABŞ-ın Nyu-Cersi ştatının sakini 25 yaşlı Tifani Fortuna adlı xanım heyvanlara yardım məqsədi ilə vəsait toplamaq üçün açıq-saçıq şəkillərini satışa çıxarır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "OnlyFans" platformasında fotolarını yerləşdirən gənc qadın artıq məşhurlaşıb.

Tifani evsiz it və pişiklərə yeni sahib tapmaqda köməklik edir. Bu müddət ərzində o, heyvanları öz evində saxlayır.

Xanım hər gün heyvanların saxlanılmasına 400 dollar xərcləyir. Onun şəkillərin satışından həftəlik qazancı isə 4000 min dollardan çoxdur.

Hazırda Tifaninin 12 ev heyvanı var.

Milli.Az