“Rusiyanın sanksiyalara cavab tədbirləri eskalasiyadır” - ABŞ

17 Aprel 2021 08:58

ABŞ eskalasiyada maraqlı deyil, lakin Rusiyanın əks-tədbirlərinə cavab vermək hüququnu özündə saxlayır.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə TASS-a Dövlət Departamentinin nümayəndəsi bildirib.

"Bizim son tədbirlər (Rusiyaya qarşı sanksiyalar-red.) mütənasib və Rusiyanın zərərli fəaliyyətinə uyğun idi. Bu gün Rusiya hökuməti tərəfindən tədbirlərin elan edilməsi eskalasiyadır və təəssüf doğurur", - qurumun əməkdaşı deyib.

"Eskalasiya siklinə qoşulmaq bizim maraqlarımızda deyil, lakin biz Rusiyanın ABŞ-a qarşı istənilən cavab tədbirlərinə cavab vermək hüququnu özümüzdə saxlayırıq", - deyə o əlavə edib.

Xatırladaq ki, cümə günü axşam Rusiya XİN Amerikanın sanksiyalarına cavab olaraq, Moskvanın gördüyü tədbirlərin siyahısını açıqlayıb.

Milli.Az