Raul Kastro vəzifəsindən istefa verib

17 Aprel 2021 07:35

Raul Kastro Kubanın Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsindən istefa verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Kuba Kommunist Partiyasının mərkəzi mətbu orqanı "Granma" qəzeti xəbər verib.

Bildirilir ki, ordu generalı rəhbərliyi inqilaba sadiq olan, təlim keçmiş təcrübəli bir qrup ledirə təhvil verməkdən məmnun olduğunu deyib.

R.Kastro ABŞ və Kuba münasibətlərində qarşılıqlı hörmətə bağlı dialoqa ümid etdiyini də qeyd edib: "Kuba suverenliyi, müstəqilliyi, xarici siyasəti və idealları ilə bağlı güzəştə getmədən ABŞ ilə qarşılıqlı hörmətə bağlı dialoqu inkişaf etdirmək istəyini bir daha təsdiqləyir".

Milli.Az