"Qarabağ"ın qapıçısı Məhəmmədəliyev xəstəxanaya aparılıb

17 Aprel 2021 07:15

Premyer Liqanın 23-cü turunda "Səbail"lə səfər matçının (1:1) 26-cı dəqiqəsində ciddi zədə alan "Qarabağ" klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev dərhal xəstəxanaya aparılıb.

Milli.Az klubun saytına istinadən bildirir ki, burun, üz və kəllə nahiyəsindən xəsarət alan qapıçıya 25 tikiş qoyulub.

İlkin müayinədən sonra Şahruddin Məhəmmədəliyevin ən azı 2-3 həftə yaşıl meydanlardan kənar qalacağı dəqiqləşib.

Milli.Az