Bakıda iki qadın hosteldə boğularaq ölüb

16 Aprel 2021 22:44

Bakının Səbail rayonunda dəm qazından iki nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə hostelin hamam otağında baş verib.

Bakıdakı hostellərdən birinin müştərisi olan Dadaşova Ləman Əhməd qızı və onun rəfiqəsi dəm qazından boğularaq ölüb. Hər iki qadının meyiti aidiyyəti üzrə təhvil verilib.

Milli.Az