Gürcüstanda koronavirusa daha 1077 nəfər yoluxub, 8 nəfər ölüb

16 Aprel 2021 21:35

Gürcüstanda ötən sutka ərzində koronavirusa 1077 yoluxma halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 293 321 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 8 nəfər ölüb, 442 nəfər isə sağalıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusdan ölənlərin sayı 3 916 nəfər, sağalanların sayı isə 279 831 nəfər təşkil edir.

Milli.Az