Bayden Putinlə yay aylarında Avropada görüşə bilər

16 Aprel 2021 21:20

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Co Bayden Vaşinqton və Moskvanın yay aylarında Avropada rusiyalı həmkarı Vladimir Putinlə görüşmək imkanlarını nəzərdən keçirdiyini bildirib.

"Mən ölkələrimizin üzləşdiyi bir sıra məsələləri müzakirə etmək üçün Rusiya liderinə bu yay Avropada görüşməyi təklif etdim. Hazırda komandalarımız bu imkanı nəzərdən keçirir", - deyə Co Bayden Ağ evdə çıxışı zamanı bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Vaşinqtonun yeni məhdudlaşdırıcı tədbirlərinin Co Bayden və Vladimir Putin arasındakı görüşü asanlaşdırmayacağını demişdi. O, həmçinin vurğulayıb ki, ABŞ və Rusiya dövlət başçılarının görüşünün qısa müddətdə təşkili mümkünsüzdür.

Milli.Az