"Real" 8 futbolçusu ilə bağlı qərar verdi

16 Aprel 2021 17:22

"Real" yay transfer pəncərəsində komandadan ayrılmayacaq 8 futbolçusunu müəyyənləşdirib.

Milli.Az qol.az -a istinadən xəbər verir ki, toxunulmazlardan dördü gənc, dördü isə təcrübəli futbolçulardır. Bunlar Federiko Valverde, Vinisius Junior, Rodriqo, Martin Odeqard, Tibo Kurtua, Kasemiro, Toni Kross və Kərim Benzemadır.

Xatırladaq ki, AS nəşri isə Luka Modriçin də müqaviləsini 2022-ci ilin yayına qədər uzadacağını yazıb.

Qeyd edək ki, Madrid klubu 32 turdan sonra 66 xalla 2-ci pillədə qərarlaşıb. "Kral klubu" lider "Atletiko"dan 1 xal geridədir.

Milli.Az