Həkimdən xəbərdarlıq: Uşaqlarınızda bu əlamətlər koronanın göstəricisidir - VİDEO

16 Aprel 2021 19:06

Koronavirusa yoluxan uşaqlarda 4-6 həftə sonra MİS-C sindiromu yarana bilər.

Milli.Az bildirir ki, bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında həkim Aytən Ziyadov deyib.

"Uşaqlar koronavirusu daha çox yüngül simptomlarla keçirir, bəzi hallarda isə ağırlaşmalar müşahidə olunur. 14 gün müddətində koronanı simptomsuz və ya yüngül simptomlarla keçirən uşaqlarda ola bilər ki,  4-6 həftə sonra MİS-C sindiromu yaransın. Bu zaman ürək, ağciyər, böyrək bir çox orqanların iltihabı müşahidə olunur. Eyni zamanda beyin qişalarının da iltihabına rast gəlinir. Bu sindromu əvvəllər kavasaki sindromu ilə də qarışdırırdılar", - o bildirib.

Həkim onu da qeyd edib ki, uşaqlarda müşahidə edilən bəzi kliniki əlamətlərlə onların korona olub-olmamasını müəyyənləşdirmək mümkündür:

"Böyüklər arasında yoluxma sayı artdığı üçün uşaqlar arasında da bu artım müşahidə olunur. Valideynlər hərarət, burun axıtınsı, qripəbənzər əlamətlər olan zaman bəzən düşünürlər ki, bu, qripdir. Əgər onlarda səpkilər, qusma, başağrısı, halsızlıq, düşməyən hərarət, əzələlərdə ağrılar, gözlərdə qızarıqlıq, yuxululuq və ya yuxusuzluq halları varsa, mütləq həkimə müraciət etməlidirlər.  Bəzən valideynlər panikaya qapılıb həddindən artıq dərman və vitaminlərdən istifadə edirlər. Lakin unutmaq olmaz ki, hər bir oqranizmə və uşağa individual yaxınlaşmaq lazımdır. Həddin artıq vitaminlərin qəbulu zamanı hipervitaminozlar müşahidə edilir".

Milli.Az