"Artıq toylar bərpa olunmayacaq"

16 Aprel 2021 17:26

"Düşünürəm ki, toylar artıq bərpa olunmayacaq. Bu yaxınlarda internetdə oxudum ki, Bil Qeys deyir, 2022-ci ildə koronovirusdan azad olacağıq. Bu bəladan o vaxt canımız qurtaracaq".

Milli. Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Səməd Səmədov "Səhər mərkəzi" proqramında deyib. Müğənni bildirib ki, böyük toy məclisləri bundan sonra keçirilməyəcək.

S.Səmədov getdiyi toylarda digər sənət adamlarına ehtiyac görmədiyini bildirib:

"Dəbdir ki, toylarda aparıcı və əsas müğənnidən başqa beş-altı ifaçı dəvət olunur. Hər zamand eyirəm ki, Səməd olan yerdə başqa ifaçıya ehtiyac yoxdur. Çünki bütün məşhur ifaçıların repertuarından oxuyuram".

Milli.Az