Gəncədə çəkilən şəkil Türkiyədə ilin media fotosu seçildi - VİDEO

16 Aprel 2021 14:39

Ermənistanın Gəncəyə raket atəşi zamanı çəkilən foto Türkiyədə ilin media fotosu seçilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Sabah" qəzetinin müxbiri Uğur Yıldırımın çəkdiyi fotoda Gəncəyə raket atılan zaman bir qadının yaxının olüm xəbərini alması anı əks olunub.

O, 5188 foto arasından seçilib. U.Yıldırımın Şuşa zəfəri sonrası insanların sevincini əks etdirən fotosu da mükafat qazanıb.

Milli.Az