Azərbaycana 100 min doza "Sputnik-V" gətiriləcək

16 Aprel 2021 12:45

Aprel-may aylarında Rusiyadan Azərbaycana 100 min dozadan artıq "Sputnik-V" vaksini gətiriləcək.

Milli.Az bildirir ki, Azərbaycanın baş naziri Əli Əsədov martın 11-də Rusiyadan 300 min doza "Sputnik-V" vaksini alınması barədə sərəncam imzalamışdı.

Rusiya istehsalı olan "Sputnik-V" COVİD-19 koronavirusuna qarşı effektiv vaksinlərdən biri sayılır.

Milli.Az