Daha bir hərbçimizi itirdik - FOTO

16 Aprel 2021 12:00

İtkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı hərbçimiz həlak olub.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Suqovuşan yaşayış məntəqəsi istiqamətində azad edilmiş ərazilərdə itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı aprelin 3-də mina partlaması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Bayramov İlkin Bayram oğlu həkimlərimizin səyinə baxmayaraq bu gün səhər saatlarında həlak olub. 

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Milli.Az