"6 ay keçsə də, virusun fəsadı qalıb"

16 Aprel 2021 13:49

Son zamanlar sosial şəbəkələrdə rəqs videoları ilə gündəmə gələn aktrisa Seda Bakan maraqlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Maslakda kameralara tuş gələn aktrisa 6 ay əvvəl virusa yoluxduğunu, lakin hələ də tam sağalmadığını bildirib:

"6 ay keçsə də virusun fəsadı hələ də qalıb. Qoxu bilmə qabiliyyətini itirmişəm və heç nə hiss etmirəm. Çox cansıxıcı vəziyyətdir. Buna görə də həkimə gedirəm".

Milli.Az