Türkiyədə kriptovalyutanın istifadəsi qadağan olundu

16 Aprel 2021 16:46

Türkiyə Mərkəzi Bankı ölkə ərazisində kriptovalyutanın maliyyə əməliyyatlarında qadağan edilməsi barədə qərar verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, müvafiq qərar "Resmi Gazete"də dərc olunub.

Qadağa aprelin 30-dan etibarən qüvvəyə minir.

Qərara əsasən, Türkiyədə istənilən növ kriptovalyutanın mal və xidmətlərə görə ödəniş vasitəsi kimi istifadəsi qadağan olunur.

Milli.Az