İrəvanda xəstəxanada yanğın, yaralılar var

16 Aprel 2021 11:28

İrəvan xəstəxanalarının birində baş verən yanğın nəticəsində iki nəfər yanıq xəsarəti alıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 16 aprel saat 06:24-də Fövqəladə Hallar Nazirliyinə Abovyan küçəsində yerləşən Heratsi xəstəxana kompleksinin mərtəbələrindən birində yanğın baş verməsi barədə məlumat daxil olub.

Yanğınsöndürən-xilasetmə dəstəsindən 6 heyət, həmçinin FHN-in yanğınsöndürmə və xilasetmə işlərinin təşkili şöbəsinin növbətçi qrupu hadisə yerinə cəlb olunub.

Məlum olub ki, yanğın xəstəxananın 2-ci mərtəbəsindəki otaqlardan birində baş verib.

Hadisə yerindən daha 11 pasiyent təxliyyə edilib. Yanğın tam söndürülüb.

Milli.Az