Ermənistanda COVID-19-a yoluxanların sayı 207 mini ötüb

16 Aprel 2021 12:59

Ermənistanda yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 207 103 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən bildirir ki, ötən sutka ərzində daha 961 nəfər COVID-19-a yoluxub, xəstəlikdən 18 nəfər ölüb.

Bununla da, Ermənistanda koronavirusdan ölənlərin sayı 3835 nəfərə çatıb.

Milli.Az