Xatirə İslam koronavirusa yoluxdu, xəstəxanalıq oldu

16 Aprel 2021 10:32

Müğənni Xatirə İslam koronavirusa yoluxub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, vəziyyəti ağırlaşan ifaçı dünən gecə saatlarında təcili Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, Xatirə İslam hazırda nəzarət altındadır.

X.İslamın həyat yoldaşı Fəxrəddin də virusa yoluxub və hazırda xəstəxanadadır.

Milli.Az