Futbol üzrə Avropa Liqası yarımfinal qarşılaşmalarının hər iki cütlüyü məlum oldu.
Avropa Liqası
1/4 finalın cavab oyunları
15 aprel
"Roma" (İtaliya) - "Ayaks" (Niderland) 1:1 (ilk oyun 2:1)
Qol: Dzeko, 72 - Brobbi, 49.
"Mançester Yunayted" (İngiltərə) - "Qranada" (İspaniya) 2:0 (2:0)
Qol: Kavani, 6. Valyexo, 90-öz qapısına.
"Slaviya" (Çexiya) - "Arsenal" (İngiltərə) 0:4 (1:1)
Qol: Pepe, 18. Lakazette, 21; 77. Saka, 24.
"Vilyarreal" (İspaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) 2:1 (1:0)
Qol: Alkaser, 36. Moreno, 43 - Orşiç, 74.
Milli.Az Trend-ə istinadən bildirir ki, püşkatma nəticələrinə əsasən finala çıxmaq üçün ingilis "Arsenal"ı ispan "Vilyarreal"ı ilə və italiyan "Roma"sı "Mançester Unayted"ilə mübarizə aparacaqlar.
İlk oyunlar 29 aprel, cavab qarşılaşmaları isə 6 may tarixlərində keçiriləcəklər. Final oyunu mayın 26-na planlaşdırılıb və Polşanın "Qdansk Arena" meydanında baş tutmalıdır.
Daha əvvəl çempionlar liqasının yarımfinal iştirakşıları bəlli olub: "Mançester Siti" "Pari Sen-Jermen" ilə, Madridin "Real"ı isə Londonun "Çelsi"si ilə görüşəcəklər.
Milli.Az