Dünyaya çağırış: növbəti pandemiyaya hazırlaşın

15 Aprel 2021 19:05

ABŞ prezidenti Co Bayden bütün dünyanı növbəti pandemiyaya hazırlaşmağa çağırdı.

Milli.Az-ın lent.az-a istinadla verdiyi xəbərə görə, Amerika lideri yaxın gələcəkdə dünyanın başqa bir pandemiya ilə qarşılaşacağına əmindir. O, hansı xəstəlikdən söhbət getdiyini izah etməyib.

Xarici internet saytlarına görə, Ağ Evdə danışan Bayden, ABŞ hökumətini yeni bir pandemiya üçün hazırlıqlar üzərində diqqətlə işə başlamağa çağırıb.

Milli.Az