Məşhur bloger vəfat etdi - 24 yaşı var idi

15 Aprel 2021 17:04

Məşhur amerikalı bloger Adam Perkins 24 yaşında vəfat edib.

Milli.Az xəbər verir ki, məşhurun ölümü barədə xəbəri əkiz qardaşı Patrik İnstaqram səhifəsində yerləşdirib. "Bu itkinin mənim üçün nə demək olduğunu sözlə belə ifadə edə bilmirəm" - deyərək ölən qardaşının şərəfinə musiqi albomu çıxaracağına söz verib.

Onun kanalına 300 mindən çox adam abunə idi və videoları milyonlarla baxış toplamışdı.

Kamran
Milli.Az