Yeni pandemiya XƏBƏRDARLIĞI

17 Aprel 2021 18:11

Qida bazarlarında vəhşi heyvan ticarəti, koronavirus kimi yeni xəstəliklərin yayılmasına səbəb ola bilər.

Milli.Az Lent.az-a istinadla bildirir ki, bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib.

"Heyvanlar, xüsusən vəhşi heyvanlar, insanların yeni yoluxucu xəstəliklərə yoluxmasının 70 faizdən çox mənbəyidir", - xəbərdarlıqda vurğulanır. 

Təşkilat ayrıca vəhşi məməlilərin yeni xəstəliklərin ortaya çıxması səbəbindən təhlükə yaratdığını da əlavə edib.

Milli.Az