Ramazan süfrənizə özəl börək - VİDEO

17 Aprel 2021 18:55

Milli.Az Lent.az-a istinadən növbəti resepti təqdim edir.

Bu dəfə sizə sosial şəbəkədəki "Ağababa Ağababa" səhifəsinə istinadən fərqli dada malik börəyin hazırlanma qaydasından danışacağıq. Ramazan süfrənizin bəzəyi olacaq bu yeməyin hazırlanması olduqca asandır. Diqqətiniz Lent.az-da olsun.

Ramazan börəyinin hazırlanma qaydasını təqdim edirik.

Xəmir üçün lazım olan ərzaqlar:

Süd - 150ml

İlıq su - 150 ml

Yumurta - 1 yumurtanın ağı (sarısı üzəri üçün)

Yaş maya - 7 qram

Şəkər tozu - 2 çay qaşığı

Duz - 1 çay qaşığı

Kərə yağı - 50 qram

Bitki yağı - 50 ml

Un - 600 qram

İçliyi üçün:

Pendir - 150 qram

Holland pendiri - 50 qram

Quru ağ reyhan - 1 xörək qaşığı

Üzəri üçün:

Yumurta sarısı

Küncüt - 1 xörək qaşığı

180 dərəcəli sobada 30-35 dəqiqə bişir. Sadə hazırlanması və ləziz dadı ilə süfrənizin bəzəyinə çevriləcək börəyi bişirməyə elə indi başlayın.

Hazırlanma qaydasını təqdim edəcəyimiz videoda izləyə bilərsiniz.  

Nuş olsun!

Ramazan.Milli.Az