Futbolçunun xanımına əxlaqsız təklif: 1 saat və 500 avro... - FOTOlar

17 Aprel 2021 14:55

Serbiya millisinin və İtaliyanın "Kyevo"sunun futbolçusu Filip Corceviçin həyat yoldaşı Yovana xoşagəlməz halla üzləşib.

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə tanımadığı şəxs serbiyalı gözələ 1 saat seks üçün 500 avro təklif edib. 

Bu barədə Yovana özü açıqlama verib: "Bilmirəm, bu oğlan nə düşünür. Amma mən belə bir şey edə bilmərəm. Mən onun yazdıqlarını internetdə paylaşdım. Bununla da öz təəssüfümü nümayiş etdirdim".

Milli.Az