Bu gün buraxılış imtahanı keçiriləcək

15 Aprel 2021 08:29

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək.

Mərkəzdən Milli.Az-a verilən məlumata görə, imtahanlar saat 11:00-da başlayacaq.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Bu gün keçiriləcək imtahanlarda 8 124 şagirdin iştirakı nəzərdə tutulur.

Milli.Az