BEA Azərbaycanın OPEC+ sazişini icra etməsini qiymətləndirib

14 Aprel 2021 21:00

2021-ci ilin martında Azərbaycanda neft hasilatı kondensat nəzərə alınmadan 0,59 milyon barel/sutka təşkil edib.

Trend bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, bu göstərici fevral ayı ilə müqayisədə dəyişməz qalıb.

Qeyd olunub ki, mart ayında Azərbaycan OPEC+ sazişini icra olunmasımı 102 faiz yerinə yetirib:

"Azərbaycanın bazis tədarük səviyyəsi 0,72 milyon barel/sutkaya bərabərdir. Fevral və mart ayları üzrə hədəf göstərici 0,59 milyon barel/sutka təşkil edir".

Milli.Az