Azərbaycanlı musiqiçi koronavirusdan vəfat etdi

14 Aprel 2021 19:19

Azərbaycanlı qarmon ifaçısı Nəbi Məmmədov koronavirusdan vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, vəziyyəti ağır olan musiqiçi bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi. N.Məmmədov bu gün günorta saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, mərhum musiqiçinin iki gün əvvəl övladı dünyaya gəlib. O, körpəsinin üzünü də görməmişdi.

Milli.Az