Ağdamda 36 yaşlı kişini bıçaqladılar

14 Aprel 2021 19:28

Ağdamda 36 yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.

Ağdam rayon Ayaq Qərvənd kənd sakini Əliyev Natiq Məhərrəm oğlu, Hüseynov Şahin Əli oğlu tərəfindən bıçaqlanıb. Yaralı Ağdam Mərkəzi Rayon xəsdəxanasına çatdırılıb. Şahin Hüseynov Ağdam Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma başlanıb.

Milli.Az