4 gün fərqi ilə koronavirusdan vəfat etdilər

14 Aprel 2021 19:09

4 gün ərzində eyni məktəbdən iki müəllim koronavirusdan vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, söhbət Bakıda yerləşən 20 nömrəli məktəb-liseyin müəllimləri İradə Tağıyeva və Lalə Kərimovadan gedir.

Riyaziyyat müəllimi olan İradə Tağıyeva aprelin 10-da, İngilis dili fənnini tədris edən Lalə Kərimova isə bu gün Covid-19-un qurbanı olub.

Milli.Az