“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub

14 Aprel 2021 19:02

"Mədəniyyət", "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramı aprelin 14-ü üçün nəzərdə tutulan cədvələ uyğun təqdim olunub.

Təhsil Nazirliyindən bildirilib ki, proqramda Azərbaycan və rus bölmələri üzrə dərslər izlənilib.

Nazirlik dərs cədvəlinə diqqət etməyi, mövzuları "Dərs vaxtı"nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkan yaradır.

Qeyd edək ki, "Dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi "YouTube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

Milli.Az