Aktrisa gözündən əməliyyat olundu - FOTO

14 Aprel 2021 19:19

Bir müddət əvvəl gözündə itdirsəyi çıxan aktrisa Begüm Kütük əməliyyat olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, gözündəki problemə görə uzun müddətdir dərmanlardan istifadə edən aktrisa heç bir nəticə əldə etməyib. Sonda əməliyyat olunmağa qərar verib.

Ötən gün Kütük bıçaq altına yataraq gözündəki kompleksindən xilas olub. Hazırda aktrisanın səhhəti yaxşıdır.

Milli.Az