Aktyorun sevgilisinin 1 milyon dollar tələbi

14 Aprel 2021 19:24

Hollivud ulduzu Tom Henksin aktyor və müğənni oğlu Çet Henksi keçmiş sevgilisi Kiana Parker məhkəməyə verərək ondan təzminat tələb edir. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, Parker sevgilisinin ona bıçaqla hücum edərək, xeyli pulunu oğurladığını deyib.

Baş verənlərdən sonra Kiana Çetlə sevgili olduğu vaxtlarda mənəvi və fiziki zorakılığa məruz qaldığını bildirərək Çeti məhkəməyə verib. Hazırda Parker ondan 1 milyon dollar (1 milyon 700 min manat) təzminat tələb edir.

Milli.Az