Müğənnidən qeyri-adi döymə - foto

14 Aprel 2021 18:59

"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Maskın sevgilisi müğənni Qrayms qeyri-adi addımı ilə gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı kürəyinə yad planetli döyməsi etdirib. Qrayms yeni döyməsinin fotosunu İnstaqram səhifəsində izləyiciləri ilə bölüşüb.

"Yad planetli yaraları" adlı qeyri-adi tatu sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.

Xatırladaq ki, bir müddət əvvəl ifaçı 50 yaşından sonra Marsa köçüb orada yaşamaq istədiyini bildirib.

Milli.Az