Bədən istiliyinin illər keçdikcə azalma səbəbi

15 Aprel 2021 21:20

2020-ci ildə alimlər son 10 ildə insanın bədən istiliyinin əhəmiyyətli dərəcədə aşağı düşdüyünü aşkar edib. Hələ 1851-ci ildə temperatur standartı alman həkimi Karl Vunderlik tərəfindən təyin edilmişdi. O, bunun üçün 25 mindən çox insanı araşdıraraq, ortalama temperaturun 37 ° C olduğunu demişdi. Bu səbəbdən civə termometrində bu rəqəm qırmızı ilə qeyd olunur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Stanford Universitetinin tədqiqatçıları, ABŞ-da 19-cu, 20-ci əsrin ortaları və 21-ci əsrin əvvəllərindəki insanların temperatur ölçülərini götürərək, yeni təhlillər aparıb. Beləliklə, açıqlamaların sayı təxminən 700 min təşkil edib. Bu günə qədər kişilərin temperaturunun 0,59 ° C, qadınlarda isə 0,32 ° C düşdüyü məlum olub. İndi orta normal temperatur 36.4 ° C hesab olunur. 2150-ci ilə qədər insanlar üçün normal temperaturun tam 36 ° C olacağı ehtimal edilir. Tədqiqatçıların fikrincə, temperaturun dəyişməsinə təbabətin inkişafı və yaşayış səviyyəsinin yaxşılaşması təsir edib. Bədəndəki iltihablı proseslərin riski də əhəmiyyətli dərəcədə azalmışdır, buna görə temperaturu artıran xüsusi zülalların istehsalı da azalıb. Maraqlı fakt budur ki, Afrikanın sakinləri arasında orta temperatur eyni qalaraq 37 ° C-dir.

Milli.Az