Apple loqosu səhv çap edilən iPhone dəyərindən 3 dəfə baha satılıb

15 Aprel 2021 23:55

İstehsal xətası 100 milyondan 1 olan iPhone 11 Pro modeli normaldan qəribə 3 dəfə baha satılıb.

Ağıllı telefonların istehsal proseslərində ara sıra səhvlər ola bilir. Ancaq bu səhvlərin çoxu fabrikdən çıxmır. Çünki şirkətlər bunu son yoxlamada görürlər. Əlbətdə keyfiyyətə nəzarət səhvləri istisna ola bilir. Belə hallardan biri Apple fabriklərinin birində baş verib.

iPhone 11 Pro-nun arxasındakı Apple loqosu səhv çap edilib. Bunun birbaşa çap səhv olduğu bildirilir. Mənbələr belə bir səhv iPhone-un çox nadir olduğunu və telefonun bu səhv səbəbiylə orijinal qiyməti 999 dollar əvəzinə 2700 dollara satıldığını bildiriblər.

Milli.Az