«Barselona»nın azarkeşləri Mourinyoya hücum etdi

28 Aprel 2010 17:03
"Corriere dello Sport" yazır ki, içərisində Mourinyonun olduğu avtomobilə hücum çəkən azarkeşlər maşını yumruqlayıb, daş, şüşə "atəş"inə tutub. Bu azmış kimi, onlar maşını çevirməyə də cəhd göstəriblər. Lakin polisin müdaxiləsilə dələduzların qarşısı alınıb.

Çempionlar Liqasının yarımfinal mərhələsində komandası Kataloniya klubu ilə qarşılaşmalı olan Mourinyo İspaniyaya gələn zaman hava limanında da bənzər halla üzləşib. Nəticədə baş məşqçinin mühafizəsi gücləndirilib.

Milli.Az